Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Veysəloğlu”nun növbəti addımı - “Cümhuriyyətə aparan yollar”
Tarix: 21.05.2018 | Saat: 15:06:00
Bölmə:Mədəniyyət | çapa göndər

Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi çərçivəsində “İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar” kitabı ictimaiyyətə təqdim olunacaq. Bu barədə Hafta.az-a “Veysəloğlu” Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.


Qeyd edək ki, sözügedən kitab “Veysəloğlu” Şirkətlər Qrupunun maliyyə dəstəyi ilə çap olunub.


Dövlətçilik tariximizin ən şanlı səhifələrindən birini təşkil edən Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq “İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar” adlı kitabı nəşr olunub.
Bildirilib ki, son iki əsrdə milli məfkurəni, özünüdərki, azadlıq ideyasını, istiqlal hərəkatını formalaşdıran, prosseslərə liderlik edən şəxsiyyətlərin həyat və fəaliyyəti, bütöv dövrün ayrı-ayrı mərhələləri kitabda öz əksini tapıb. Elmi-publisistik, tarixi oçerklər toplusu olan əsərin əsas ana xətti istiqlal məfkurəsinin daha geniş təbliği, yayılması və mühafizəsidir.


Bəxtiyar Qaraca və Akif Aşırlının müəllifliyi, filologiya üzrə fəlsəfə doktoru, “Kaspi” qəzeti və “Kaspi Təhsil Mərkəzi”nin təsisçisi Sona Vəliyeva və Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun ön sözü ilə işıq üzü görən “İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar” kitabı Veysəloğlu Şirkətlər Qrupunun Azərbaycan xalqına növbəti hədiyyəsidir.
Qeyd edək ki, kitabın təqdimat mərasimi mayın 24-də saat 11-də BMM-də baş tutacaq.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.03.2019
21.03.2019
20.03.2019