Jurnalistlər binasında elektrik enerjisi verilişi dayandı

11:24 17.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün səhər saatlarında "Jurnalistlər binası"nda elektrik enerjisinin təchizatı dayanıb.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev hafta.az-a bildirib ki, hadisəyə səbəb texniki qəzadır:

"Səbail rayonu ərazisində "Azərişıq"a məxsus yüksək gərginlikli xətdə texniki qəza baş verib. Nəticədə həmin xətdən qidalanan 3 yarımstansiyada (102,105 və 108 saylı) elektrik enejisi təchizatı dayanıb. Həmin yarımstansiyalardan ikisi də Bayıl ərazisində yerləşən "Jurnalistlər binası"dır. Hazırda əməkdaşlarımızdan ibarət bir neçə briqada ərazidə çalışır. Qarşıdakı saatlarda elektrik enerjisinin verilişi bərpa olunacaq".

Oxunma sayı 73