Kamran Əliyev: “Son üç ayda 703 əmr imzalanıb, 114 nəfər rəhbər vəzifələrə təyin olunub” 

14:14 05.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Baş Prokuror Kamran Əliyev prokurorluq orqanlarındakı yeni təyinatlardan danışıb.

Hafta.az-ın məlumatına görə, avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində məruzə ilə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, hesabat dövründə kadr korpusunun komplektləşdirilməsi istiqamətində 2020-ci il may ayının 1-dən cari tarixədək struktur dəyişikliyi və təyinatlarla bağlı 703 əmr imzalanıb, 114 nəfər prokurorluq işçisi rəhbər vəzifələrə təyin olunub.

Oxunma sayı 1005