Karantin qaydalarını pozduğu üçün La Liqa Luka Yovoviçi cəzalandıra bilər

15:06 09.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Real Madrid” klubunun serbiyalı futbolçusu Luka Yovoviç növbəti dəfə karantin qaydalarına əməl etməyib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, serbiyalı hücumçu ayağındakı zədəsini sağaltdıqdan sonra dostlarını qonaq çağırıb. Futbolçu, eyni zamanda, bununla bağlı video və fotoşəkilləri sosial şəbəkələrdə yerləşdirib. Karantin qaydalarını əvvəl də pozan L.Yovoviç cəzalandırıla və Serbiyada üç il müddətinə həbs oluna bilər.

Əvvəllər “Sevilya”nın dörd oyunçusu da karantin qaydalarını pozduqları üçün üzr istəməli olmuşdular.

Qeyd edək ki, La Liqa klublar, işçilər və oyunçuların təsdiq edilmiş təhlükəsizlik protokollarına ciddi şəkildə əməl etmələri şərti ilə gələn həftə çempionatı bərpa etmək üçün İspaniya hökumətindən razılıq alıb.

Oxunma sayı 1982