Karantindən sonra işədüzəltmə mərkəzlərinə müraciətlər varmı?

14:20 22.05.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Koronavirus pandemiyası Azərbaycanda da bir sıra sahələrə təsir etdi. Muzdlu çalışan işçilərin bir çoxu öz işini itirdi. Hazırda ölkədə karantin rejimi yumşaldılıb. Demək olar ki, bütün sahələrdə işlər başlayıb. Bundan əlavə, karantindən öncə işədüzəltmə mərkəzlərinə müraciət edənlər olurdu. Bəs indi necə, müraciət edənlər varmı?

Bu sahədə fəaliyyət göstərən şirkət direktoru Rəvanə Zəhra hafta.az-a bildirdi ki, pandemiyadan sonra işsizlərin və iş üçün müraciət edənlərin sayı artıb:

“Əvvəllər də bizim şirkətə müraciət edənlər də çox olub. Lakin karantindən sonra bu müraciət edənlərin sayının birə beş artığını göstərir. Gün ərzində 25 nəfər müraciət edir. Yəni ofisimizə yaxınlaşırlar. İnternetdən müraciət edənlərin sayı isə həddindən artıq çoxdur”

Rəvanə Zəhra bildirdi ki, müraciət edənlərin hamısını yönləndirmək mümkün olmur:

“Fikirlər üst-üstə düşməyə də bilər. Və ya həmin işin maaşı qane etməz. Bizə müraciət edənlərdən dünən 5 nəfər yönləndirmişik. Əgər işə alınsalar bizə məlumat veriləcək”.

Oxunma sayı 190
Sosial rubrikasından digər xəbərlər