Kavani "İnter"ə keçə bilər

11:42 20.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransanın PSJ futbol klubunun uruqvaylı hücumçusu Edinson Kavani İtaliyanın "İnter" klubuna keçə bilər.

Bunu jurnalist Canluka Di Martsio bildirib.

Onun sözlərinə görə, uruqvaylı hücumçunun Paris təmsilçisi ilə müqaviləsi yayda bitir.

Bildirilir ki, "İnter" daha əvvəl "Napoli"nin oyunçusu Dris Mertensi transfet etmək istəyirdi, amma o klubda qalmağı seçib.

 
Qeyd edək ki, 2019/20 mövsümündə E.Kavani PSJ-nin heyətində 22 oyun keçirib və 8 qol vurub.

Oxunma sayı 248