Keçmiş məhkum yarım kiloqram narkotiklə saxlanıldı

11:25 16.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat keçirib.

Hafta.az-ın məlumatına görə, əməliyyat paytaxtın Pirallahı rayonu ərazisində baş tutub. Pirallahı rayon Polis şöbəsi əməkdaşları daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsilə məhkum olunmuş B. Məmmədov saxlanılıb. Baxış zamanı həmin şəxsdən 480 qram narkotik maddə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.
Media rubrikasından digər xəbərlər