Köçəryanın atası azərbaycanlı çıxdı - Günün təzadları

19:57 08.05.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiya sosial şəbəkələrində Ermənistanın keçmiş prezidenti Robert Köçəryan haqqında sensasion faktlar açıqlandı. 

Hafta.az-ın Hit.az-a istinadla verdiyi xəbərdə deyilir ki, sosial şəbəkə istifadəçilərindən biri təkzibolunmaz tarixi faktlar əsasında R.Köçəryanın atasının azərbaycanlı olduğunu bildirib və həmin statusu ruscadan tərcümə edərək olduğu kimi oxucularına təqdim edib.

"Ermənistanın ikinci prezidenti Robert Köçəryan keçmiş Azərbaycan Sovet Sosialist Respublikasının Daşkəsən rayonunda anadan olub. Anası Asmik Sokratovna (qızlıq soyadı məlum deyil) Daşkəsən rayonunun Şarukar kənd orta məktəbində riyaziyyatdan dərs deyib, atası Məmməd Məcidov isə Daşkəsən rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb. Onların necə tanış olduğu məlum deyil. Amma Təhsil Şöbəsinin müdiri olan Məmməd Məcidov sevgilisi Asmiki dərs dediyi məktəbə müdir təyin edir, elə balaca Robert də məhz həmin vaxt dünyaya gəlir. Məmmədlə qeyri-rəsmi münasibətdə olduğundan Asmik oğlunun doğulmasını hər kəsdən gizlədirmiş. Robertin iki yaşı tamam olanda isə oğlunu Dağlıq Qarabağın Stepanakert (Xankəndi) şəhərində yaşayan qohumlarına verir. 

 

Gəncədə karantini pozan uşaq baxçası üzə çıxdı

Gəncədə karantin rejimini pozan uşaq bağçası aşkarlandı.

Hafta.az yazır ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.

BPİ-nin Kəpəz rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl, uşaq bağçası aşkarlayıb. Dərhal polis əməkdaşları tərəfindən vətəndaş Gülnar Günəşliyə məxsus “Montesorri Kids Paradis” adlı uşaq bağçasının fəaliyyəti dayandırılıb. Bağçadakı uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib. G. Günəşli və bağçanın digər əməkdaşları barədə qanunamüvafiq tədbir görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

 

10 saniyədə iki dəfə ölümdən qurtuldu

Sürət tunelində maşını xarab olan şəxs 10 saniyə ərzində iki dəfə ölümlə üz-üzə qaldı. Hafta.az xəbər verir ki, Oxu.az bununla bağlı dəhşətli kadrları “Daily Mail”-ə istinadla yayımlayıb.

Bildirilir ki, hadisə Çində baş verib.

Kadrlarda görünür ki, gənc maşından düşərək təkərə baxmaq istəyir. Bu vaxt arxadan gələn başqa bir avtomobil maşına çırpılır. Gənc qəzadan qurtulmaq üçün yolu keçmək istəyərkən isə başqa bir maşının altına düşmə təhlükəsi ilə üzləşir.

 

 

İnsan bədəninin qiymətini hesablayan kalkulyator icad olundu

Bədəndəki hüceyrə, mikrob, atomları və s. sayan, DNT-nin neçə meqabaytdan ibarət olmasını göstərən, yekunda isə vücudun qiymətini hesablayan kalkulyator icad edildi.

Hafta.az Musavat.com-a istinada xəbər verir ki, kalkulyatoru “BBC” hazırlayıb. Məsələn, hesablamalara görə, dünyanın ən varlı insanlarından olan Bill Qeytsin “qiyməti” 1956 ABŞ dollarıdır, Mark Sukerberqin DNT-si isə 800 meqabaytdır.

 

İldırım bir anda 20 nəfəri öldürdü

Konqonun paytaxtı Brazzavildə ildırım çaxması fəlakətlə nəticələndi. 

Hafta.az yazır ki,  bu haqda Axar.az xəbər yayıb.  Paytaxtın Kintele bölgəsində yüksək gərginlikli elektrik xətlərinə ildırım düşüb. Nəticədə 20 nəfər həyatını itirib, çoxlu sayda insan isə xəsarət alıb.

Məlumata görə, ildırım bölgədəki evlərə və gölməçələrə də düşüb.

 

Anbardan 80 min maska oğurlandı

İngiltərənin Salford şəhərində yerləşən anbardan 80 min maska oğurlandı. Hafta.az-ın yazdığına görə, AZƏRTAC xəbər verir ki, maskaların Milli Səhiyyə Sistemi və qocalar evi işçilərinə paylanması nəzərdə tutulurdu.

Polisdən verilən məlumatda oğruların maskaları qara bazara çıxarmağı planladıqları bildirilir.

Oxunma sayı 760