Kolleclərə daxil olanların qeydiyyatı davam edir

14:10 21.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunanların qeydiyyatı davam edir.

DİM-dən hafta.az-a bildirlib ki, hələlik abituriyentlərin yalnız 25%-i qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçib.


Xatırladaq ki, qəbul olunan abituriyentlər 25 sentyabr saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.


21 sentyabr saat 11-ə olan məlumata əsasən, kollecə qəbul olunan abituriyentlərin yalnız 25%-i qeydiyyatdan keçib.


Abituriyentlərin nəzərinə çatdırırıq ki, göstərilən tarixədək müvafiq orta ixtisas təhsili müəssisəsində qeydiyyatdan keçməmək orada təhsil almaqdan imtina kimi dəyərləndirilir və həmin yerlər boş qalan plan yeri kimi yenidən müsabiqəyə çıxarılır.

 

Oxunma sayı 2971