Kolumbiya səfirliyi Azərbaycanı "Digital Colombia Investment Roadshow"da iştiraka dəvət edir

14:14 03.07.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Kolumbiyanın ölkəmizdəki səfirliyi Azərbaycanın bütün biznes birliyini 7-9 iyul 2020-ci il tarixlərində keçiriləcək "Digital Colombia Investment Roadshow"da iştiraka dəvət edir.

Səfirlikdən Hafta.az-a verilən məlumata görə, Colombia Investment Roadshow, 2018-ci ildə İngiltərədə yaradılan və Kolumbiyaya birbaşa xarici investisiyaların təşviqi və cəlb edilməsini, eyni zamanda Böyük Britaniya və Kolumbiyadakı digər qlobal şirkətlər üçün biznes imkanları yaratmağı hədəfləyən bir platformadır.

Colombia Investment Roadshow, İngiltərə və Avropa investorları üçün, eləcə də İngiltərənin infrastruktur, enerji və texnologiya sektorlarında məhsul və xidmətlər tədarükçüləri üçün bir sıra imkanları bir araya gətirir və aşağıda qeyd olunmuş mövzularda bir sıra onlayn konfranslara qatılmaq imkanı yaradır:

1. Kolumbiyanın iqtisadi bərpa perspektivləri və birbaşa xarici investisiya üçün imkanlar.

2. İnfrastruktur və enerji, iqtisadi bərpa üçün əsas iqtisadi sektorlar.

3. Kolumbiya qlobal tədarük zəncirlərinin dəyişikliyində əsas oyunçu.

4. Kolumbiya ilə İngiltərə arasında əsas ticarət və investisiya asanlaşdırılması vasitələri haqqında məlumat.

Bundan əlavə, 50-dən çox Kolumbiya layihəsi üçün kolumbiyalı layihə tərtibatçıları ilə onlayn təkbətək görüşlər mümkündür. Bütün layihələr İnfrastruktur, Enerji, Texnologiya, Aqrobiznes və Təsir və Tullantıların İdarə edilməsi sektorlarında beynəlxalq sərmayələrə hazırdır.

Ətraflı məlumat üçün veb sayta daxil olun: https://www.incontras.com/colombiainvestmentroadshow

Hər hansı bir sual yarandığı təqdirdə, Kolumbiyanın Azərbaycandakı səfirliyi ilə aşağıda qeyd olunmuş elektron poçt vasitəsilə əlaqə saxlamağınız xahiş olunur: [email protected] və ya [email protected]

Oxunma sayı 2791
Siyasət rubrikasından digər xəbərlər