Kolumbiya Səfirliyi kinosevərləri filmə baxmağa dəvət edir

13:02 22.09.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Kolumbiya Səfirliyi sentyabrın 24-də axşam saat 17:00-da virtual şəkildə keçiriləcək “Quşçular: Şimali Kolumbiyadan Melodik Səyahət” adlı sənədli filmi nümayiş etdirəcək. Tədbir Kolumbiyanın Xaricdə Təşviqi Proqramı çərçivəsində həyata keçirilir.

Səfirlikdən Hafta.az-a verilən məlumata görə, bütün izləyicilər filmin fotoqrafiya direktoru Federiko Pardodan və Azərbaycan Dövlət Turizm Agentliyinin Turizm Şurasının tematik məhsullar üzrə mütəxəssisi Vüsalə Sərxanovadan sənədli filmlə bağlı şərhləri dinləmək imkanı əldə edəcəklər.

Səfirlik izləyicilərdən aşağıda qeyd olunan e-məktubu cavablandıraraq iştirak edəcəklərinə dair məlumat vermələrini xahiş edir: [email protected]

Sinopsis: Sözügedən sənədli filmi yerli quş izləmə bələdçisi Diego Calderón-Franco və National Geographic fotoqrafı Keith Ladzinski'nin Kolumbiyanın müxtəlif bölgələrini gəzərək quş dünyasının mahnılarını, rənglərini özündə əks etdirir.

Oxunma sayı 1545
Mədəniyyət rubrikasından digər xəbərlər