Komitə sədrinin müavini: “Təhsil kreditləri haqqında” qanun layihəsi yeni variantda hazırlanıb”

14:25 02.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Lombardlar haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi İqtisadi siyasət, sənaye, sahibkarlıq komitəsinin iş planına daxil edilib. Komitədə bununla bağlı İşçi qrup yaradılıb”.

Hafta.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye, sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli deyib.

Deputat bildirib ki, qanun layihəsi üzərində 1 aya yaxın  iş gedib. İşçi Qrup mövcud vəziyyətin tam araşdırılması üçün lombardların özü ilə də görüş keçirib. Qanun layihəsində bir çox dəyişiklik edilib. “Lombardlar haqqında” qanun layihəsi Milli Məclisin  2020-ci il payız  sessiyasında müzakirəyə çıxarılacaq”.

Oxunma sayı 1662
Siyasət rubrikasından digər xəbərlər