Kongoda mədəndə qəza nəticəsində 50 nəfər ölüb

10:39 12.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Konqo Demokratik Respublikasının şərqində yerləşən “Detroyt” qızıl mədənində mədəndə qəza baş verib.

Trend-in TASS-a istinadən verdiyi məluma görə, qəza nəticəsində ən az 50 nəfər ölüb.

Hadisənin güclü yağışlar səbəbindən baş verdiyi bildirilir. Mədən Kanadanın “Banro Corporation” şirkəti tərəfindən işlədilir.

Oxunma sayı 2735