Koreya Respublikasında quş qripi aşkarlanıb

12:00 25.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

COVID-19 pandemiyası ilə mübarizə aparan Koreya Respublikasında indi də yüksək patogenik quş qripi (H5N8) aşkarlanıb.

Hafta.az Yonhap agentliyinə istinadla xəbər verir ki, virus paytaxt Seuldan 92 kilometr cənubda yerləşən Çeonan şəhərində vəhşi quşlardan götürülmüş nümunədə aşkar edilib.

Bildirilir ki, 32 aylıq aradan sonra quş qripinin yenidən aşkarlanması ciddi narahatlıq doğurub.

Oxunma sayı 699