Koronavirus Ermənistan hakimiyyətinin bütün zəif tərəflərini ortaya qoydu – Keçmiş polis rəisi

13:59 25.05.2020 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

“Elə durumlar var ki, sakit dayanmaq və danışmamaq cinayətdir”. Hafta.az xəbər verir ki, belə bir bəyanatla Ermənistanın keçmiş polis rəisi Vladimir Qasparyan özünün Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, bu gün Ermənistanda məhz belə vəziyyətdir. Hakimiyyətin diletantlığı nəticəsində dövlətçilik itirilə bilər.

V.Qasparyan bildirib ki, koronavirus bütün dövlətlərin güclü və zəif tərəflərini ortaya qoydu: “Ermənistanın timsalında isə bu tamamilə fiaskodur. Səbəb heç də virus deyil. Səbəb Paşinyan hakimiyyətidir. Özümüzü elə aparırıq ki sanki əhalimizin sayı Çininki qədərdir, ərazimiz Rusiya qədər böyük, İqtisadiyyatımız Amerika, coğrafi mövqeyimiz isə İsveçrədir. Məhz bu yekəxanalığımız səbəbindən daima itkilərə məruz qalırıq".

Oxunma sayı 265
Siyasət rubrikasından digər xəbərlər