Koronavirus Ermənistanda: 32 nəfər karantinə alındı

15:29 01.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda koronavirusa yoluxma şübhəsi ilə 32 nəfər karantinə alınıb.

Hafta.az-ın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin səhiyyə naziri Arsen Torosyan bazar günü jurnalistlərə bildirib.

Qeyd edək ki, Ermənistanda koronavirusa ilk yoluxma halı fevralın 29-da qeydə alınıb.