“Koronavirusa qarşı mübarizədə Azərbaycana yardım etməyə hazırıq” – Pakistan səfiri

16:26 25.09.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Son vaxtlar Pakistanda gündəlik koronavirusa yoluxma sayında kəskin azalma nəzərə çarpır. Pakistan həkimləri bu nəticəyə necə çatıblar və öz təcrübələrini Azərbaycanla da bölüşə bülərlərmi?

Hafta.az-ın yazdığına görə, Pakistanın ölkəmizdəki yeni səfiri Bilal Hayi deyib ki, hələ pandemiyanın yayılmağa başladığı ilk vaxtlarda Pakistanın Baş naziri koronavirusun yayılmasının qarşısını almaq üçün əmr imzalayıb. “Pakistan dövləti qonşu Hindistan kimi ölkənin bütün ərazisində deyil, virusun daha çox görülməyə başladığı konkret bölgələrdə sərt karantin qaydaları tətbiq elədi. Yəni harada ki, virus daha çox yayılmışdı, orada məhdudiyyətlər qoyuldu, digər bölgələrdə isə insanlar öz işləri ilə məşğul oldular. Bununla da ölkəmizdə əldə olunmuş indiki uğurlara nail ola bildik”.

Bu təcrübəni Azərbaycanda tətbiq etməyə gəlincə, səfir bildirib ki, Pakistan tərəfi nəinki təcrübəni bölüşməyə, hətta istənilən vaxt azərbaycanlı həkim-mütəxəssis heyətini təcrübə toplamaq məqsədilə İslamabadda qonaq qəbul etməyə hazırdır.  

Diplomat onu da qeyd edib ki, pandemiya bitdikdən sonra Azərbaycanla Pakistan arasında birbaşa aviareyslərin açılması istiqamətində müzakirələr aparılacaq. Onun sözlərinə görə, bu, iki ölkənin vətəndaşlarının səfərlərinin asanlaşdırılması üçün vacibdir. “Birbaşa hava reyslərinin olmaması səbəbindən həm ölkələrarası gediş-gəlişdə çətinlik var, həm də iqtisadi-ticarət əlaqələrinin inkişafında. Pakistanda Azərbaycan bazarı üçün çox vacib olan məhsullar var. O cümlədən, dünyada ən keyfiyyətli olan manqo meyvəsi. Tez xarab olan qida məhsullarının Azərbaycana ixracı birbaşa hava reysi açıldığı təqdirdə başlaya bilər”, - deyin səfir.

Oxunma sayı 2990
Siyasət rubrikasından digər xəbərlər