Koronavirusa yoluxmuş dünya məşhurları (ARAŞDIRMA)

16:42 07.09.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu il ağır keçir - ölümlü-itimli. Ortalama 7-8 aydır dünyanın hər yerində koronavirusa yoluxan on minlərlə insan dünyasını dəyişir olur və bəzən aralarında tanıyıb, hətta sənətinə görə sevdiyimiz şəxslər də olur. Siyasətçilər, iş adamları, musiqiçilər, aktyorlar, futbolçular... Həmişə də xəbərləri eşidəndə təəssüflə içimizi çəkirik, amma gedən bir də geri dönməz deyirlər və beləcə sabah hansı xəbəri eşidəcəyimizi gözləməyə başlayırıq.

Ümumiyyətlə, bu yazını yazarkən dünya üzrə 27 milyondan çox (II Dünya müharibəsində ölənlərin sayı qədər) insan koronavirusa yoluxub ki, onlardan təxminən 20 milyonu sağalıb, təəssüf ki, 900 min nəfəri dünyasını dəyişib. Yoluxmuş 27 milyon insan aarsında. Yuxarıda da qeyd etdiyim kimi, çox sayda tanınmışlar var. Ötən dövrün statistikasına göz gəzdirib həmin tanınmışlardan bəzilərinin siyahısını çıxarmağa çalışdım. Burada əksərən müalicə olunub ayağa qalxanlar da var, virusa yenik düşənlər də.

Siyahını təqdim edirəm:

1. İran Prezidenti Həsən Ruhaninin birinci müavini İshak Cahangiridən götürülmüş testin nəticəsi müsbət çıxdığı üçün o, iki həftə müalicə olunmuşdu.

2. Gürcüstan Ekologiya və Kənd Təsərrüfatı nazirinin müavini İuri Nozadze də koronavirusa yoluxanlar arasındadır. O, müalicə olunaraq sağalıb.

3. Polşa ordusunun Baş Qərargah rəisi, general Yaroslav Mika da gözlənilmədən virusa yoluxub, amma müalicə edilərək yenidən işinin başına qayıdıb.

4. Yuventusun argentinalı ulduzu Paulo Dibala, koronavirusa yoluxub, amma onu yüngül simptomlarla atlaya bilib.

5. Türk futbolunun keçmiş ulduzlarından olmuş Rüştü Recbər də koronavirusdan müalicə olunub.

6. Koronavirus testi müsbət çıxanlardan biri də, Qalatasaray futbol klubunun texniki direktoru Fatih Terim olmuşdu.

7. Böyük Britaniyanın baş naziri Boris Conson əvvəllər belə bir virusun olmadığını desə də, az sonra özü bu xəstəliyə yoluxdu və iki həftə ciddi rejimdə müalicə olundu.

8. Çin Super Liqasında “Shandong Luneng”in formasını geyinən Mariane Fellaini də koronavirusdan müalicə olunmuşlardandır.

9. Məşhur türk yazıçısı və siyasi şərhçisi, eyni zamanda bəstəkar və kinerejissor olan Zülfü Livaneli də koronavirusa yoluxub və müalicə edilərək ayağa qalxıb.

10. Almaniya Bundestaqının türk əsilli üzvü, millət vəkili Cem Özdəmir də virusa yaxalananlardan biri olub.

11. İtaliya Səhiyyə nazirinin müavini Pierpaolo Sileri koronavirusa ilk yoluxub, müalicə olunan dövlət əsmilərindən olub.

12. Dünya futbolunun gənc ulduzlarından olan Neymar da koronavirusdan müalicə alıb.

13. Avstraliyanın Daxili İşlər naziri Peter Dutton virusa yaxalanan ilk nazirlərdən biridir.

14. Məşhur türk siyasətçi, Deva Partiyasının qurucusu Əli Babacan da koronavirusdan müalicə edilib.

15. İspaniyanın Bərabər Hüquqlar naziri İren Montero və birlikdə yaşadığı, Baş nazirin müavini və Rodemos Partiyasının sədri Pablo İqlesias koronavirusdan müalicə olunublar.

16. Dünya futbolunun kral klubu olan “Real Madrid”in keçmiş direktorlarından olmuş Lorenzo Sanz “Kovid-19”a yaxalanmışdı.

17. Türkiyənin keçmiş baş naziri, AKP-li siyasətçi Binəli Yıldırım və xanımı Semiha Yıldırımdan götürülmüş testin nəticələri müsbət çıxdığı üçün cütlük müalicə olunub.

18. Məşhur türk aktyor, “Qurdlar vadisi Pusu” serialının “Ordinarius” xarakterini yaradan 69 yaşlı Turhan Kaya koronavirusa yoluxaraq dünyasını dəyişib.

19. İsrailin keçmiş Səhiyyə naziri Yaakov Litzman və xanımı koronavirusdan müalicə alıb.

20. Unudulmaz “Ulduz müharibələri” (“Star Wars”) filminin baş oyunçularından olmuş Andrev Ceck də koronavirusa yoluxaraq 76 yaşında hayatını itirib.

21. Rusiyanın Baş Naziri Mixail Mişustin koronavirus infeksiyasına yoluxmuş ən ali rusiyalı dövlət xadimi kimi tarixə düşüb.

22. İranın sənaye naziri Rza Rəhmanidə də koronavirus simptomları aşkarlanmışdı. Amma o, müalicə edilərək yenidən işinin başına dönüb.

23. İranın vitse-prezidenti Məsumə Ebtekar koronavirusa yoluxan ilk İran liderlərindən biri olub.

24. İtaliyanın dünya şöhrətli lüks ayaqqabı firması “Sergio Rossi”nin qurucusu, milyarder Sergio Rossi koronavirusdan 84 yaşında vəfat edib.

25. Yaponiyanın məhşur komediya ustası Ken Şimura 70 yaşında koronavirusdan ölüb.

26. Afrika cazının atası adlandırılan, əslən kamerunlu məhşur cazmen Manu Dibango 86 yaşında Paris klinikalarından birində koronavirusa təslim olub.

27. Çilinin tanınmış yazaçısı Luis Sepulveda da 6 həftə müalicə olunduğu Madriddəki xəstəxanalardan birində 70 yaşında ölüb.

28. Kot Divuar prezidenti Alassane Quattaranın yaxın silahdaşı, Prezident Admnistrasiyasının baş katibi Patrik Açi koronavirusa yoluxaraq karantinə alıınıb.

29. Nigeriya prezidenti Məhəmməd Buxarinin özəl sözçüsü Abba Kyari koronavirusdan həyatını itirib.

30. Qvineya Bisaonun baş naziri Nuno Gomes Nabiam və hökumətin daha üç üzvü kornavirusa yoluxub.

31. Qana Ticarət və Sənaye nazirinin müavini Karlos Kingsley Ahenkorak koronavirusa yaxalanıb. Hətta buna əhəmiyyət verməyib öünü təcrid etmədiyi üçün istefaya göndərilib.

32. Rusiyanın tanınmış siyasətçilərindən biri, Kremlin sözçüsü Dmitriy Peskov da ötən müddətdə koronavirusa yaxalanmışdı.

33. Bu arada, Rusiyanın Mədəniyyət naziri Olqa Lyubimova da koronavirisa yoluxaraq müalicə olunub.

34. Rusiyanın Tikinti naziri Vladimir Yakuşev da iki həftə ərzində koronavirusdan müalicə alıb.

35. Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşidən götürülmüş koronavirus testinin cavabı da müsbət çıxıb.

36. Pakistanın Səhiyyə naziri Zəfər Mirzə də koronavirusa yoluxub. Amma o, xəstəliyi yüngül keçirib.

37. Fransanın keçmiş naziri, eks president Nikola Sarkozinin yaxın silahdaşı Patrik Devidjian koronavirusdan ölüb.

38. Fransanın Mənzil məsələləri üzrə Dövlət naziri Emmanuelle Varqon da kornavirusa yaxalanaraq. Müalicə olunub.

39. İtaliya koalisyon hökumətinin ortağı, Demokrat Partiyasının sədri Nikola Zingaretti də koronavirusa yoluxub.

40. Böyük Britaniyanın səhiyyə naziri Nadine Dorries koronavirusdan müalicə edilən ingilis siyasətçilərdəndir.

41. “Çılğın Madonna” və “Crocodile Dundee” kimi filmlərdə rol almış məşhur amerikalı aktyor Mark Blum, koronavirusa yoluxaraq, vəfat edib.

42. İspaniyanın baş naziri Pedro Sançesin xanımı Vegona Gomez də bu virusa yaxalananlardandır.

43. Norveçin Əmək və sosial təminat naziri Torbjorn Roe İsaksen də koronavirusa yoluxub.

44. Monako şahzadəsi II Albert də bu virusa yoluxub. Amma onda yüngül bəlirtilər olduğundan, xəstəxanada yatmayıb.

45. Avropa İttifaqının Brexit üzrə baş müzakirəçisi Mişel Barnier də koronavirusa yoluxduğu üçün müalicə edilib.

46. İngiltərə Şahzadəsi II Çarlz da koronavirusa yoluxub. Amma xəstəliyi yüngül keçirdiyi üçün 71 yaşlı şahzadə xəstəxanada yatmayıb.

47. İspaniya Baş nazirinin müavini Karmen Kalvoda da koronavirus simptomları aşkarlanıb və özünütəcrid edilib.

48. Ermənistanın Baş naziri Nikol Paşinyan koronavirus xəstəliyindən müalicə olunanlar arasındadır.

49. Ukrayna Prezidentinin xanımı Olena Zelenska da koronavirusa yoluxub.

50. Kanadanın Baş naziri Castin Trudeaunun xanımı Sofiya Trudeau koronavirusa yoluxduğu üçün, ər-arvad ikisi də iki həftəlik karantində qalmağa məcbur olmuşdular.

51. ABŞ-ın Respublikaçı senatoru Rand Paul da koronavirusdan müalicə edilib.

52. Dominikanın yeni seçilmiş prezidenti Luis Abinader koronavirusa yaxalandığı üçün bir müddət xəstəxanada yatmalı olub.

53. Hondurasın dövlət naziri Jan Orlando Hernandez də vurusa yaxalanıb və müalicə edilərək işinə qayıdıb.

54. Meksikanın Maliyyə naziri Arturo Herrera koronavirusdan müalicə edilib.

55. Braziliyanın Mədən və enerji naziri Bento Albuquerque də koronavirus səbəbindən müalicə edilənlərdən arasındadır.

56. Braziliya prezidenti Jair Bolsonaro 65 yaşında kornavirusa yoluxub. O, əvvəllər belə bir virusun olduğuna inanmadığı bildirmişdi.

57. Venesuelanın qurucu parlament sədri Diosdado Kabello da virusa yoluxanlardandır.

58. Boliviyanın müvəqqəti prezidenti olmuş Jenanie Anez Çavez koronavirusa yoluxmuş və özü də bilmədən hökumətin bir neçə üzvünü də xəstələndirmişdi.

59. Teatr sahəsində ən məşhur mükafat sayılan “Tony mükafatları”nı 4 dəfə almış ulduz aktyor Terrence McNalli koronavirus səbəbindən yaşamını itirib.

60. Tanınmış aktyor Tom Hanks və xanımı Rita Vilson filmə çəkilmək üçün getdikləri Avstraliyada koronavirusa yoluxduqları üçün iki həftə xəstəxanada yatmalı olmuşdular…

…Təki yazdıqlarım ölüm yoluna çıxmış sonuncular olsun, bundan sonra heç kimin acısını eşitməyək.

Oxunma sayı 7679
Gündəm rubrikasından digər xəbərlər