Koronavirusdan ölənlərin sayı 5000-i ötdü

17:00 13.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünyada koronavirus pandemiyasından ölənlərin sayı 5 080 nəfərə çatıb.

Hafta.az xəbər verir ki, infeksiya indiyədək 129 ölkədə qeydə alınıb.

Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 137 674-ə çatıb. Bunların 70 437 nəfəri sağalıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 

Media rubrikasından digər xəbərlər