Koronavirusun hamilə qadınlarda uşağı yoluxdura bilirmi?- MARAQLI

16:26 02.07.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Koronavirus pandemiyası dünyada tüğyan etməkdə davam edir. Bu virusun digər viruslardan fərqi tez bir zamanda bütün immun sistemini zəiflətməsi, orqanlara müdaxilə etməsidir. Ən çox da tənəffüs yollarına zərər vuruna koronavirus digər orqanlar üçün də eyni təhlükəyə sahibdir.

Bəs bu virus hamilə qadınlarada ana bətnindəki uşağı yoluxdura bilirmi?

Bu barədə həkim Xəyyam Eyvazov bildirir ki, koronavirusun bir ay əvvəl yaratdığı tibbi problemlər indi dəyişib, zaman keçdikcə biz təcrübə qazanırıq. Həm dövlətlər, həm həkimlər düşünürlər ki, necə edək ki, pandemiyadan daha az itki ilə çıxaq:

"Amma peyvəndə qədər olan yolda virusdan qorunmaq üçün əsrlərdir sınanmış, qəbul olunmuş tədbirlər var - karantin rejimi və sanitar-gigiyenik vasitələrə əməl etmək. Bu gün danılmaz faktdır ki, pandemiya ilə mübarizədə ən effektiv üsul sosial izolyasiyadır, karantin tətbiqidir. Biz ilk əvvəldən karantin rejiminin effektini gördük, yoluxma vüsət almadı. Amma sonra insanlarımız karantinə əməl etmədilər, nəticədə virusun yayılması sürətləndi".

Həkim bildirib ki, koronavirus təkcə ağciyərləri zədələmir: "Bu xəstəlik beyini, qara ciyərləri, böyrəkləri zədələyə bilir. Yəni ki, koronavirusun fəsad yaratmadığı daxili orqan yoxdur".

X.Eyvazovun sözlərinə görə, bəzən vurğulanır ki, COVID-19-a yoluxanların 80 faizi xəstəliyi yüngül keçirəcəklər, virus ancaq yaşlılarda ağır keçir: "İnsanlarımız bu rəqəmi görürlər, bir az arxayınlaşırlar. Bu, əsla belə deyil. Bu gün təəssüflər olsun ki, koronavirusdan gənc yaşında vəfat edən vətəndaşlarımız var. Mən burdan hər kəsə çağırış edirəm, arxayınlaşmasınlar. Heç kəs xəstəliyi necə keçirəcəyini proqnozlaşdıra bilməz. Çıxış yolumuz karantinə əməl etmək və özümüzü qorumaqdadır".

Koronavirus pandemiyasıyla bağlı hamilə qadınlara infeksiyadan qorunmaq üçün xüsusilə diqqətli olmaları barədə xəbərdarlıq edilib. Bəs, virusun hamiləlik dövründəki riskləri nədən ibarətdir?

Bu barədə BBC -nin araşdırmalarında qeyd edilir ki, Covid-19-un hamilə qadınlar üçün yaratdığı təhlükələr tam olaraq bilinməsə də, görünən odur ki, onlar bu xəstəliyi digərlərindən daha ağır keçirmirlər.

"Çox böyük risklər olsaydı, indiyə qədər bilərdik," - London İmperiya Kollecinin doğum mütəxəssisi professor Christop Lees belə deyir.

Əksəriyyət kimi, hamilə qadınlar da xəstəliyi ya yüngül, ya da orta ağır vəziyyətdə - öskürək, qızdırma, təngənəfəslik, baş ağrısı və iybilmə hissinin itməsi əlamətlərinin müşayiətilə keçirir və sağalırlar.

Xəstəliyin ancaq ağır halı onlar üçün ciddi problemlər yarada bilir, ancaq bu, çox nadirən baş verir.

Ciddi səviyyədə ürək ağrıları olan hamilə qadınlar yüksək risk qrupuna aid edilirlər və onlara evdən çıxmamaq, başqalarıyla üz-üzə təmasdan yayınmaq, yalnız həkimlərlə ünsiyyətdə olmaq tövsiyə edilir.

Bəzi viruslar hamiləlik üçün daha təhlükəli ola bilir, ancaq koronavirusla bağlı hələ ki, belə hallara rast gəlinməyib.

Covid-19-a yoluxmuş qadınlarda doğuşun vaxtından əvvəl baş verməsiylə bağlı xəbərlər yayılır. Ancaq buna nəyin səbəb olduğunu müəyyən etmək çətindir.

Londondakı "Queen Charlotte's and Chelsea" xəstəxanasının həkimi Ed Mullins deyir ki, "Səbəbi göstərilən hallar bunlar ola bilər - körpənin səhhətində problem yaranması və ya oksigen çatışmazlığına görə ananın daha yaxşı müalicəyə ehtiyac duyması".

Körpə ana bətnində böyüdükcə qadının ağciyərlərinə, ürəyinə və qan dövranına təzyiq artır. Xəstəliyin ağır halı bu vəziyyəti daha da çətinləşdirə və tənəffüs problemləri yarada bilər.

Bu əlamətlərin müşahidə edildiyi hamilə qadınlar xəstəxanada həkim nəzarəti altında olmalıdırlar.

"Qızdırma verən ağır xəstəliklər vaxtından əvvəl doğuma gətirib çıxara bilər," - Oksford Universitetinin ana və uşaq sağlamlığı üzrə mütəxəssisi professor Marian Knight belə deyir.

Ancaq o qeyd edir ki, koronavirusla bağlı tənəffüs problemi olan qadınlarda körpənin yarımçıq doğulması yox, "Qeysər kəsiyi" adlı cərrahi müdaxilə vasitəsilə erkən doğum halları müşahidə edilir.

Koronavirusa yoluxan hamilə qadınlarda erkən doğum riskinin artmasıyla bağlı dəlillər yoxdur.

Anasının əlini tutmuş körpə
Oxunma sayı 1836
Sosial rubrikasından digər xəbərlər