Kürdəmirdə baş həkim seçkilərə təcili yardım maşını ilə adam daşıdı –Günün təzadları

18:29 11.02.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) fevralın 9-da Milli Məclisə növbədənkənar keçirilən seçkilər zamanı Kürdəmirdə təcili tibbi yardım maşını ilə seçkilərə adam daşınması məsələsinə münasibət bildirdi.

Hafta.az  xəbər verir ki, bu haqda Oxu.az məlumat yayıb. TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva saytın sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı Kürdəmir Rayon Xəstəxanasının baş həkimi cəzalandırılıb:

“Baş həkim Eynulla Novruzov TƏBİB-ə dəvət edilib, izahatı alınıb. O, izahatında qeyd edib ki, hava şəraitinin pis olmasına görə kollektivin xahişi ilə təcili tibbi yardım avtomobili ayrılmasına icazə verib ki, işçiləri səsverməyə aparsın.

E.Novruzov bu hərəkətinə görə ciddi cəzalandırılıb”.mətbuat katibi Rəvanə Əliyeva Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı Kürdəmir Rayon Xəstəxanasının baş həkimi cəzalandırılıb:

“Baş həkim Eynulla Novruzov TƏBİB-ə dəvət edilib, izahatı alınıb. O, izahatında qeyd edib ki, hava şəraitinin pis olmasına görə kollektivin xahişi ilə təcili tibbi yardım avtomobili ayrılmasına icazə verib ki, işçiləri səsverməyə aparsın. E.Novruzov bu hərəkətinə görə ciddi cəzalandırılıb”.

 

Qaxda üç yaşlı uşaq 120 həb içdi

Qax şəhəri Ü. Hacıbəyev küçəsi ev 11 ünvanında yaşayan 3 yaşlı Nur Rəhman qızı Rəcəbli zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil oldu. 

Hafta.az yazır ki, APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə fevralın 11-də baş verib. Müayinə zamanı məlum olub ki, evdə nəzarətsiz qalan azyaşlı 120 ədəd vitamin C həbi qəbul edib. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirllən N. Rəcəbliyə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib.

 Faktla bağlı araşdırma aparılır.

 

Britaniyada müsəlman məktəbi davamiyyətə görə qalib oldu

Böyük Britaniyada orta məktəblər  üçün tərtib edilmiş davamiyyət reytinqi ingilislər üçün gözlənilməz nəticələrlə yekunlaşdı.

Hafta.az Rusiya mediasına istinadla xəbər verir ki,  “Faynenşil Tayms”(“Financial Times”) nəşrinin yaydığı məlumata görə, ölkədəki bütün təhsil müəssisələri arasında birinci yeri qızlar üçün bir müsəlman məktəbi tutub. 

Hicab taxan 120 gənc müsəlman  Blekbörn şəhərindəki “Tovhidul-İslam” məktəbində oxuyur. Bu qızlar başlarındakı örtüklərin  təhsildə davamiyyətə mane olmadığını əməldə sübut edirlər. 

"Bu, yalnız iş etikasına görə deyil, həm də müəllimlər, digər işçilər və tələbələr tərəfindən nümayiş olunan bir həmrəylik duyğularına görə qeyri-adi məktəbdir. Xüsusilə fəxr edirik ki, yoxsul ailələrdən olan qızlar və ibtidai məktəbdə oxumaqda çətinlik çəkənlər bu cür irəliləyiş göstərdilər" -deyə müsəlman məktəbini idarə edən fondun direktoru Həmid Patel vurğulayıb. 

 

Prezidentin başındakı xərçəng şişi götürüldü

Suriya prezidenti Bəşər Əsədin beynindəki xərçəng şişi əməliyyatla götürüldü. Hafta.az xəbər verir ki, bu haqda Suriya müxalif mediası məlumat yayıb.  Həmin informasiyalara görə, Əsədin cərrahi əməliyyatı öldürülməzdən öncə “Əl-Quds” Qüvvələrinin komandanı general Qasım Suleymani ilə razılaşdırılıb. Əməliyyat doktor Reza Cəlil Huşnudun rəhbərliyi ilə bir qrup İran cərrahı tərəfindən aparılıb.

Bəşər Əsədə bədxassəli beyin şişi diaqnozunun 2017-ci ildə qoyulduğu bildirilir. Suriya müxalif mənbələri hazırda  Suriya rəhbərinin vəziyyətinin kəskin şəkildə pisləşdiyini,  guya onun iflic olduğunu və hərəkət etmək qabiliyyətini itirdiyini də iddia edir. 

Xatırladaq ki, Suriya prezidentinin xanımı Əsma Əsəd də 2018-2019-cu illərdə - bir ilə yaxın döş xərçəngi ilə mübarizə aparıb. Suriya hökumət mənbələrinin məlumatına görə, Ə. Əsəd əməliyyat və kimya-terapiya kurslarından uğurla keçib və hazırda, demək olar ki, tam sağalıb.

 

Xəzərin sahilləri qırmızı rəngə boyandı

Xəzər dənizinin Qazaxıstan sahilləri qırmızı rəngə boyanıb, dalğaların bəyaz köpüyü qırmızı ilə əvəz olundu.

REN TV xəbər verir ki, alimlər narahatlığa əsas görmürlər. Belə ki, dənizdə bitən diatom yosunları soyuq havada çiçəklənir və qırmızı rəngə çalır. Təbiət hadisəsi dəniz canlıları və insanlar üçün hər hansı təhlükə yaratmır. Mütəxəssislər bildirirlər ki, sonuncu dəfə bu hal 2017 və 2018-ci ildə qeydə alınıb.

Qeyd edək ki, Xəzər dənizində 292 növ diatom yosunu mövcuddur

 

Bakıda “KamAZ” 6 maşını əzdi

Paytaxtda baş verən dəhşətli qəzanın görüntüləri yayımlandı. 

Hafta.az xəbər verir ki, Avtosfer.az saytının yaydığına görə, qəza zamanı “KamAz” markalı yük avtomobili altı nəqliyyat vasitəsini əzib. Belə ki, yük maşını işıqforun qırmızı işığında dayanan avtomobillərə çırpılıb. Nəticədə maşınlardan biri aşıb.  Qəzada zərər görən nəqliyyat vasitələrindən biri sərnişin avtobusu olub.  Hadisə zamanı xəsarət alanların olduğu bildirilib. 

 

Oxunma sayı