Kürün sahilində yeyib-içən 19 nəfər cəzalandırıldı – Günün təzadları

18:07 15.04.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Zərdab rayonu Aşağı Seyidlər kəndində “Seyidlər bağı” adlanan ərazidə Kür çayının sahilində bir qrup şəxs toplaşaraq yeyib-içmək məclisi təşkil edib. xüsusi karantin qaydalarını kobudcasına pozdular.

Hafta.az yazır ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, daha sonra həmin şəxslər təşkil etdikləri məclisin video görüntülərini çəkərək sosial şəbəkələrdə paylaşıblar.

Məlumat daxil olan kimi Zərdab Rayon polis Şöbəsinin əməkdaşları tərəfindən həmin məclisdə iştirak edən və karantin qaydalarını pozan 19 nəfər saxlanılıb. Onlardan ikisi məclisin təşkilatçıları, rayon sakinləri Rza Alxasov və Sabiq Nəbiyev rayon məhkəməsinin qərarı ilə 10 sutka inzibati qaydada həbs edilib.

Digərləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər.

 

Müsəlman həkimin icadı daha çox  koronaviruslu xəstənin müalicəsinə yol açdı

Amerkanın Konnektikut ştatından olan bir müsəlman həkim ağciyərlərin mexaniki ventilyasiya qurğularının  çatışmazlığı probleminin həlli üçün yeni bir üsul təklif etdi.

 Hafta.az bu haqda Rusiya saytlarına istinadla xəbər verir.

Doktor Səud Ənvərin sözlərinə görə, 3D ölçülü printerdə  hazırlanmış  şaxələnmədən (“splitter”) yararlanmaqla bir mexaniki havalandırma qurğusunun  koronavirusdan əziyyət çəkən 7 xəstəyə xidmət etməsinə nail olmaq mümkündür.

Pandemiya səbəbiylə Mançesterdəki Memorial Xəstəxana və ölkənin digər xəstəxanaları pasientlərlə doludur. Bununla əlaqədar  müsəlman həkim digər pulmonoloq həmkarları ilə birlikdə gecə-gündüz xəstələrun yanında olmağa məcburdur. Ənvər Səudun sözlərinə görə, həkimlər yalnız maska çatışmazlığı ilə deyil, mexaniki ventilyasiya qurğularının çatışmazlığı ilə də üzləşirlər. Doktor Ənvər deyir ki,  belə bir “splitter” 2017-ci ildə Las Veqasda ağır vəziyyətdə olan xəstələr üçün də istifadə edilib. Bu, həkimlərə daha çox xəstəni mexaniki ventilyasiyaya bağlamağa imkan verib. Nəticədə vaxt qazanaraq xeyli insanın həyatını xilas ediblər.

"Kifayət qədər havalandırma qurğularımız yox idi. Mövcud qurğuların daha intensiv işləməsi və buna görə daha çox insanın həyatını xilas etmək imkanlarını necə genişləndirmək barədə düşünməyə başladım. Əsas prinsipi birdən çox xəstənin eyni qurğuya qoşulması olan bir şaxələnmədən istifadə etmək qərarına gəldik..."-deyə həkim bildirib.

Konnektikutda  senator olan doktor Ənvər Səud bu icadını həmkarları tərəfindən müzakirəsi üçün gündəmə gətirib. Və yaxın gələcəkdə müsəlman mütəxəssisin yeniliyi geniş tətbiq ediləcək. Yalnız ştat senatının razılığını almaq  qalır.

 

Şəki sakini baqajda karantin postunu keçməyə cəhd etdi

Xüsusi karantin rejiminin pozulması hallarından biri də 15.04.2020-ci il saat 04:20-də Bakı-Şamaxı avtomobil yolunun 31-ci kilometrliyində qeydə alındı.

Hafta.az yazrı ki, bu haqda "Report"a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Belə ki, Bakı şəhər sakini Bəhərçinov Şamxal Əli oğlu etibarnamə əsasında idarə etdiyi “Ford Focus” markalı 99-CJ-345 dövlət qeydiyyat nişanlı minik avtomobilinin baqaj hissəsində Şəki rayon sakini Ağakişiyev İbrahim Cumalı oğlunu polis keçid postundan paytaxt istiqamətinə keçirmək istəyərkən Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılaraq inzibati məsuliyyətə cəlb ediliblər.

 

26 il başında qalmış bıçaq əməliyyatla çıxarıldı

Çində həkimlər unikal əməliyyat həyata keçirdilər.

Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, həkimlər Sinxay qəsəbəsindən olan 76 yaşlı Duoricini əməliyyat edərək onun başından bıçaq çıxarıblar.

Yaşlı kişi başında ağrıların olması şikayəti ilə həkimə müraciət edib.

Həkimlər onun başında 26 il əvvəl soyğunçuların vurduğu və qırılıb qalan bıçağı aşkar ediblər. Lakin onlar əməliyyatın kişinin ölümünə səbəb ola biləcəyini deyiblər.

Metal bıçaq kişinin sağ gözündə görmə qabiliyyətini pozub və onun sağ əli ilə ayağı iflic vəziyyətə düşüb.

Həkimlərin keçirdiyi uğurlu əməliyyatdan sonra xəstənin gözü açılıb və o, sərbəst yeriyə bilib.

 

Çaqqallar İsrail paytaxtına doluşdu

Çaqqal sürüləri Təl-Əvivin boşalmış parklarından birinə toplaşdı.

Hafta.az   bu haqda  İsrail mediasına istinadla xəbər verir.

Onlarla çaqqal parka doluşub insanların adətən idmanla məşğul olduğu yerlərdə qida əldə edirlər. Çaqqallar, ümumiyyətlə, insanlardan qaçırlar, lakin onlar olmadıqda “Yarkon” parkında sərbəst gəzirlər.  

Zooloq Yariv Maliçinin dediyinə görə, zibillər parklardan çıxarılan kimi çaqqallar yemək üçün başqa yer axtarmalı olurlar. Eyni zamanda, zooloq bəzi sakinlərin onları ət ilə bəslədikləri üçün çaqqalların insanlara alışmalarından narahatlığını ifadə edib.

 

Koronaviruslu ana koma vəziyyətində uşaq doğdu

ABŞ-ın Vankuver şəhərinin (Vaşinqton ştatı) 27 yaşlı sakini koronavirusdan müalicə şərçivəsində süni koma vəziyyətinə salındıqdan sonra dünyaya uşaq gətirdi.

Hafta.az-ın verdiyi xəbərə görə, martın 24-ü Ancela Primaçenkonun koronavirusa yoluxduğu ortaya çıxıb.

Səkkiz gün ərzində qadının vəziyyəti getdikcə pisləşib. Xəstəxanaya yatırılan Ancelanı müalicə etmək üçün süni koma vəziyyətinə salıblar.Qeyd etmək lazımdır ki, 33 həftəlik hamilə olan qadın koma vəziyyətində dünyaya qız uşağı gətirib.

“Komadan çıxdıqda artıq yekə qarnım yox idi. Bu inanılmaz idi”, - deyə qadın bildirib.

Aprelin 11 qadın xəstəxanadan evə buraxılıb, lakin hələ də körpəsi Avanı qucağına ala bilməyib. Uşaq hal-hazırda reanimasiyadadır və koronavirusa yoluxmayıb. (oxu.az)

 

Ramanada külək daş hasarı qaz borusunun üzərinə aşırdı

Aprelin 15-i gecə saatlarında Bakının Sabunçu rayonu Ramana qəsəbəsində əsən güclü küləyin təsirindən vətəndaşa məxsus fərdi yaşayış evinin hasarı aşdı.

Hafta.az yazır ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, hasar aşarkən ərazidən keçən 57 mm diametrində olan qaz xəttinin 30 metrlik hissəsini zədələyərək dirəklərdən yerə salıb. Təhlükəsizlik tədbirləri olaraq aprelin 25-dək evin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Hazırda ərazidə bərpa işləri aparılır. Qeyd edək ki, hasarı aşan evdə hazırda yaşayış yoxdur.

Oxunma sayı 645