Lerikdə 32 yaşlı kişinin 10 uşağı olduğu bilindi - GÜNÜN TƏZADLARI

18:19 18.12.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda 32 yaşlı kişinin on (10) uşağı olduğu üzə çıxdı.  Hafta.az Moderator.az-a istinadla  xəbər verir ki, səkkiz oğul və iki qızın böyüdüyü Hacıyevlər ailəsi Lerik rayonunun Rvarud kəndində yaşayır. Kömək üçün ATV-nin "Bizimləsən" proqramına müraciət edən ailənin evi yoxdur. On iki nəfərdən ibarət olan ailənin yaşadığı ev onlara aid deyil. 32 yaşlı 10 uşaq atası Səxavətin həyat yoldaşının 38 yaşı var. Uşaqlardan altısı məktəblidir. Dördü hələ məktəb yaşına çatmayıb. Hacıyevlər ailəsinin sonbeşiyi ikihəftəlikdir. 

 

Milli Məclis deputatı reanimasiya şöbəsinə yerləşdirildi

Milli Məclisin üzvü Araz Əlizadənin xəstəxanada – reanimasiya şöbəsində müalicə aldığı bəlli oldu. Hafta.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, Araz Əlizadə böyrək çatışmazlığı diaqnozu ilə bir neçə gün öncə "Caspian International Hospital”a yerləşdirilib. Deputatın müalicəsi hazırda xəstəxananın reanimasiya şöbəsində davam etdirilir. Məlumatı “Caspian International Hospital”dan APA-ya təsdiqləyiblər. Qeyd edək ki, Araz Əlizadə həm də Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədridir.

 

Bakıda ipdən paltarları oğurlayan adam tutuldu

Paytaxtın Nəsimi rayonu Asif Məhərrəmov küçəsində yerləşən marketlərin birindən oğurluq edildi. Hafta.az Musavat.com-a istinadla yazır ki, DİN-dən verilən məlumata görə, naməlum şəxs gecə saatlarında mağazanın qapısını sındırıb içəri daxil olaraq oradan 550 qutu müxtəlif növ tütün məmulatları və içərisində 1923 manat olan seyfi götürərək hadisə yerindən uzaqlaşıb. Gecə saatlarında həmin şəxsin şübhəli davranışları və əlindəki oğurlanmış siqaret qutuları polislərin diqqəti cəlb etdiyindən o, Binəqədi rayonu ərazisində rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 7-ci Polis Bölməsinə gətirilib. Bölmədə həmin şəxsin Sabirabad rayon sakini Babək İsmayılov olduğu müəyyən edilib. Onun ərtrafında aparılan əməliyyat tədbirləri ilə əlindəki siqaret qutularını Nəsimi rayonunda yerləşən həmin mağazadan oğurladığını etiraf edib. Babək İsmayılovun qeyd edilən obyektdən oğurladığı seyfin də yeri polislər tərəfindən müəyyən edilərək maddi sübut kimi götürülüb.

Araşdırma zamanı Babək İsmayılovun Binəqədi rayonu ərazisində yerləşən binalardan birinin həyətindən ipdən asılmış paltarlar və pərdələr oğurladığı da məlum olub. Saxlanılan şəxs barəsində 7-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Nəsimi Rayon Polis İdarəsinə göndərilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

 

Ağdaşda 600 yaşlı çinar üzə çıxdı

Ağdaşın Qəsl kəndində  yol kənarındakı çox qoca bir çinar ağacının turistlərin də böyük marağına səbəb olduğu bilindi. Hafta.az xəbər verir ki, BAKU.TV-nin bu haqda yayımladığı reportajda deyilir: “Hündürlüyi 50, diametri 15 metr olan bu çinarın 1490-cı ildə əkildiyi tarix tərəfindən sübut olunub. “Hamının marağı var ki, bu çinarı qorusun. Azərbaycanda belə ağac 1-2 ədəddir. Keçmişdə turistlər daha çox gəlirdi. Əl-ələ tutub çinarın ətrafında dövrə vururdular. Gələn turistlər əsasən çinarın içində oturub çay içmək istəyirlər", - deyə sakinlər bildirib. Kənd sakinləri həmçinin deyir ki, bu çinar el arasında görüş yeri kimi də tanınır. Hətta bu ağacın hər mövsümə uyğun havası olur. Yayda çox sərin, qışda mülayim. Bu da hələ son deyil... “Əhməd haradadır” filmində bir hissə elə həmin çinarın kölgəsi altında çəkilib.

 

Molla xütbəni replə oxudu

Başqırdıstanın Tuymazı şəhərindəki “Əl-Fatiha” məscidi ruhani təbliğin “yeni texnologiyaları”nı tətbiq etməyə başladı. Hafta.az bu haqda Rusiya mediasına istinadla xəbər verir. Bəhs edilən müsəlman ibadətgahının imam-xətib köməkçisi Timur Şabakayev dini rep vasitəsilə “təbliğ etmək” kimi anormal bir qərar verib. Onun rep-“xütbə”si olan video-çarx sosial şəbəkələrdə “Alif TV” telekanalı tərəfindən yayımlanıb. Əsl möminlər şərhlərində bu rəzalətə qarşı kəskin hiddətlərini ifadə ediblər.

 

Nyu-Yorkda 3-cü cinsin mənsubu olmaq rəsmiləşdi

Nyu-York sakinlərinin gələn ildən başlayaraq ölüm şəhadətnamələrində üçüncü cinsi göstərə biləcəkləri bəlli oldu. Hafta.az xəbər verir ki, Oxu.az-ın məlumatına görə, bu rəzillik barədə şəhərin səhiyyə idarəsinin veb-saytında dərc olunmuş press-relizində deyilir. Özlərini kişi və ya qadın hesab etməyənlərin sertifikatlarında “X seçim” göstəriləcək. Ötən ilin oktyabr ayında Nyu-York meri Bill de-Blazio şəhər sakinlərinə doğum şəhadətnamələrində müəyyənləşdirilməmiş cinsi göstərmək hüququnu verən qanun layihəsini imzalayıb.

 

 

Oxunma sayı