Levandovskidən yeni rekord

13:28 11.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Bavariya"nın futbolçusu Robert Levandovski şəxsi rekordunu yeniləyib.

Hafta.az qol.az-a istinadən xəbər verir ki, 31 yaşlı hücumçu Almaniya kubokunun finalında dünən keçirilən "Ayntraxt"la matçda (2:1) fərqlənərək bu mövsüm vurduğu qolların sayını 45-ə (39 oyunda) yüksəldib. Bununla da o, şəxsi rekordunu daha da yaxşılaşdırıb.

Qeyd edək ki, Levandovski 2016/2017 mövsümündə 47 oyunda 43 qol vurub.

Oxunma sayı 2757