Los Ancelesdə faşizm üzərində qələbədə Azərbaycanın roluna dair film hazırlanıb

11:14 09.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu faşizm üzərində qələbədə Azərbaycanın roluna dair ingilis dilində qısa film hazırlayıb.

Konsulluqdan hafta.az-a verilən məlumata görə, filmdə faşizm üzərində qələbədə Bakı neftinin strateji rol oynadığı xüsusi qeyd edilir. Azərbaycan neftçilərinin 1941-1945-ci illərdə 75 milyon neft istehsal etdiyi, həmin illərdə Sovet İttifaqında neft hasilatının 70 faizdən çoxunun, yanacaq istehsalının isə 80 faizdən çoxunun Bakının payına düşdüyü vurğulanır.

Oxunma sayı 458