Luvr muzeyi yenidən açılıb

23:51 04.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünyanın ən məşhur muzeylərindən olan Parisin Luvr muzeyi koronavirus təhlükəsi ilə əlaqədar iki gün bağlı qaldıqdan sonra yenidən açılıb.

Bu barədə muzeyin “Twitter” səhifəsində yazılıb. Qeyd edək ki, muzey bazar günü, martın 1-də bağlanmışdı. Bazar ertəsi də ziyarətçi qəbul etməyən muzey ötən gün istirahət günü ilə əlaqədar bağlı qalmışdı.