Yazını böyüt
Yazını kiçilt
Binəqədi rayonunda oğurluqla məşğul olan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, Binəqədi rayonunun ərazisindəki mağazaların birindən 4600 manat dəyərində noutbuk oğurlamaqda şübhəli bilinən N.Qasımov rayon polis idarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Əvvəllər də məhkum edilmiş N.Qasımovun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olduğu müəyyənləşdirilib.
Faktla əlaqədar təhqiqat aparılır.