Məcburi köçkünün mənzili qarət edilib

10:14 19.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda mənzildən məişət əşyaları oğurlanıb.

Hafta.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayon Ramana qəsəbəsi ərazisində məcburi köçkünlərin məskunlaşdığı Şuşa şəhərciyində baş verib. Naməlum şəxslər həmin şəhərciyin sakini İlqar Babayevə məxsus mənzilə daxil olaraq oradan dəyəri 1 600 manat olan televizor, məişət əşyaları və 3 qol saatı oğurlayıblar.

Sabunçu 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən 1986-cı il təvəllüdlü Sərdar Qəzənov və 1989-cu il təvəllüdlü Hikmət Qurbanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 203