Mənzildən kişi meyiti tapılıb

13:55 12.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bnəqədidə mənzildən 59 yaşlı kişi meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1961-ci il təvəllüdlü Əliyev Tofiq Rəhman oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Oxunma sayı 2679