Mərakeş Kralı koronovirusla mübarizə məqsədilə fond yaradıb

16:44 17.03.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Mərakeş Kralı VI Məhəmməd, koronavirus pandemiyasının idarə edilməsinə həsr olunmuş xüsusi fondun dərhal qurulması üçün hökumətə göstərişlərini verib.

Hafta.az yazır ki, hesabında 10 milyard dirhəm olan bu fond, tibbi cihazların yenilənməsi xərclərini və təcili şəkildə əldə edilməli olan əlavə vəsaitləri ödəmək üçün yaradılır.

Bundan başqa, fondun yaradılması, hökumətin təklif edəcəyi tədbirlər vasitəsilə milli iqtisadiyyatın dəstəklənməsinə xidmət göstərəcək, koronavirus böhranının yaratdığı zərbələrə həssas olan turizm kimi sektorları mənfi təsirdən qorumaq, eləcə də iş yerlərinin qorunması və böhranın sosial təsirini azaltmaq məqsədi güdür.

Gündəm rubrikasından digər xəbərlər