Mərkəzi Bank uçot dərəcəsini dəyişmədi

12:37 30.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot faiz dərəcəsini dəyişməyib. 

Hafta.az-ın məlumatına görə, bu barədə faiz dəhlizinin parametrlərinə dair Mərkəzi Bankın onlayn mətbuat konfransında çıxış edən AMB-nin sədri Elman Rüstəmov məlumat verib.

E.Rüstəmov qeyd edib ki, AMB-nin İdarə Heyəti uçot dərəcəsinin 6,5%-də dəyişməz saxlanması haqqında qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 7% səviyyəsində müəyyən edilib. 

Oxunma sayı 157