Mərkəzi Bankın valyuta ehtiyatları artdı

10:33 02.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.

Hafta.az Mərkəzi Banka istinadla xəbər verir ki, AMB-nin valyuta ehtiyatları iyulun 1-nə 6 milyard 436,3 milyon ABŞ dolları olub. Bu göstərici ötən ayın eyni dövrü ilə müqayisədə 21,9 milyon dollar çoxdur.

Oxunma sayı 1570