Məşhur basketbolçu da koronavirusa yoluxub

12:26 18.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Bruklin"in (Brooklyn Nets) forvardı Kevin Dyurentin (Kevin Durant) koronavirus (coronavirus) analizinin nəticəsi pozitiv çıxıb.

Hafta.az xəbər verir ki, Dyurentdə koronavirus aşkarlanıb. "Diqqətli olun, özünüzü qoruyun və karantin qaydalarına əməl edin. Hamımız birlikdə bu sınaqdan keçəcəyik", - deyə ulduz basketbolçu qeyd edib.

"Bruklin"in toplam 4 oyunçusunun Covid-19-a yoluxduğu bildirilir.

Daha əvvəl Rudi Qober ("Yuta"), Donovan Mitçell ("Yuta") və Kristian Vudda ("Detroyt") koronavirus aşkarlanmışdı.