Messi Avropanın ən yaxşı 5 liqasının bombardiri olub

18:30 08.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İspaniyanın “Barselona” klubu martın 7-də öz meydanında “Real Sosyedad” komandasını məğlub (1:0) etdikləri görüş Lionel Messi üçün əlamətdar olub.

Hafta.az xəbər verir ki, oyunda yeganə qolu Lionel Messi vurub. Bu argentinalı futbolçunun İspaniya La Liqasından vurduğu 438-ci qolu olub. O, bu göstərici ilə 437 qolu olan, İtaliyanın “Yuventus” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldonu üstələyib.

İndiyədək bu nailiyyəti Avropanın ən yaxşı 5 liqasında heç bir futbolçu bacarmayıb.