Məsud Yılmaz vəfat edib

11:12 30.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin keçmiş Baş naziri Məsud Yılmaz vəfat edib.

Hafta.az xəbər verir ki, 73 yaşlı M. Yılmaz bu gün dünyasını dəyişib. Keçən ilin yanvar ayında ağciyərində şiş aşkarlanan M. Yılmaz uzun müddət idi ki, müalicə olunurdu.

Qeyd edək ki, 6 noyabr 1947-ci ildə İstanbulda anadan olan Məsud Yılmaz 1991-2002-ci illərdə Türkiyənin Ana Vətən Partiyasının sədri olub. Dəfələrlə deputat seçilən Məsud Yılmaz Türkiyənin Xarici İşlər və Turizm nazirləri vəzifələrində də çalışıb.

Oxunma sayı 543