Mikayıl Cabbarov “İdarəçi rəhbər və təcrübə” mövzusunda təlim keçəcək

15:37 10.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 11-də saat 11:00-da İqtisadiyyat naziri Mikayıl Cabbarovun təqdimatında “İdarəçi rəhbər və təcrübə” mövzusunda vebinar keçiriləcək.

Hafta.az-ın məlumatına görə, vebinar Yüksəliş müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyevin moderatorluğu ilə baş tutacaq.

Vebinarda iştirak etmək üçün əvvəlcədən qeydiyyat vacibdir. Vebinarda Yüksəliş müsabiqəsinin Əyani mərhələsinə keçmiş namizədlər iştirak edə bilər.

Oxunma sayı 2595