Milli Məclis sədri deputatlara karantin qaydalarıyla bağlı xəbərdarlıq etdi

12:17 05.06.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Deputatlar, Milli Məclis Aparatının əməkdaşları gigiyena qaydalarına, Nazirlər Kabineti yanında operativ qərargahın xəbərdarlıq və tövsiyələrinə əməl etsinlər”. 

“Həftə içi” əməkdaşının verdiyi məlumata görə, bu xəbərdarlıqla  Milli Məclisin növbədənkənar sessiyasının  bu günkü iclasında  spiker Sahibə Qafarova parlament Aparatının əməkdaşlarına, deputatlara çağırış edib.

Parlament rəhbəri Baş nazir Əli Əsədovun koronavirusla bağlı iyunun 4-də əhaliyə müraciət etdiyini xatırladıb. 

Oxunma sayı 1337
Siyasət rubrikasından digər xəbərlər