Milli Məclisin deputatı NATO PA-nın komitə iclasına qatılıb - FOTO

13:42 17.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 16-da NATO Parlament Assambleyasının İqtisadiyyat və təhlükəsizlik Komitəsinin videokonfrans formatında iclası keçirildi. İclasda Milli Məclisin NATO PA-dakı nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı iştirak edirdi.

Hafta.az xəbər verir ki, tədbirə NATO PA-ya üzv və assosiativ ölkələrin nümayəndələri qatılmışdılar.

Gündəliyə “Körfəz böhranı və qlobal enerji bazarları”, “Qara dəniz regionu: İqtisadi və geosiyasi gərginliklər” barədə hesabat layihələri və təşkilati məsələlər daxil edilmişdi.

Tədbirdə çıxış edən üzv ölkələrin nümayəndələri müzakirə olunan məsələlərə münasibətlərini bildirdilər, qeyd və təkliflərini verdilər.

İkinci hesabat layihəsinin müzakirəsi zamanı iclasda çıxış edən Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirdi ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə öz müsbət töhfələrini verməkdə davam edir. Lakin bu yaxınlarda Azərbaycan-Ermənistan sərhəddindəki hərbi təxribatlar bir daha regionun barıt çəlləyi olduğunu nümayiş etdirdi. Xüsusilə vurğulamaq istərdim ki, Tovuz ətrafında baş vermiş hərbi təxribat enerji xətlərimizdən cəmi 15 km məsafədə idi.

Bütün dünyanın covid-19 ilə mübarizə apardığı bir dönəmdə Ermənistanın belə bir təxribata əl atması daha da üzücüdür. Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın Azərbaycanın işğal altındakı torpaqlarına gələrək qadınlar ilə hərbi təlimlərə qatılması mövcud qığılcımı daha da alovlandırır.

Oxunma sayı 1458
Siyasət rubrikasından digər xəbərlər