Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçiriləcək

12:37 17.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 17-də Milli  Məclisin Mədəniyyət komitəsinin  payız sessiyasında ilk iclası  keçiriləcək.

Hafta.az xəbər verir ki, iclasda Mədəniyyət komitəsində 2020-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabat təqdim olunacaq.  Sonra isə komitənin 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsinə baxılacaq.

Müzakirələr zamanı cari məsələlərə də münasibət bildiriləcək.

Oxunma sayı 1380
Siyasət rubrikasından digər xəbərlər