Millimizin futbolçusu ABŞ çempionatına het-triklə başladı

15:52 08.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
ABŞ Peşəkar Futbol Liqasında yeni mövsümə start verilib.
 
Hafta.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Feniks Rizinq” klubu da yeni mövsümdə ilk matçına çıxıb. Komanda ilk turda doğma meydanda “Portland 2” ilə qarşılaşıb. Rüfətin komandası bu oyunda darmadağınla qalib gəlib – 6:1.
 
Dadaşov da bu oyunun iştirakçısı olub. O, yeni komandasında rəsmi debüt etdiyi oyuna start heyətdə başlayıb və 86-cı dəqiqədə əvəzlənib. Komandamızın üç qolunu da millimizin forvardı vurub. Belə ki, o, 13, 24 və 65-ci dəqiqələrdə fərqlənməklə het-trikini rəsmiləşdirib.
 
Xatırladaq ki, Dadaşov qış transfer dövründə Almaniyanın 3-cü Bundesliqa təmsilçisi “Proyssen”dən “Feniks Rizinq”ə keçib.