Mingəçevir sakinindən qanunsuz saxladığı ov tüfəngi götürülüb

13:38 04.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə uğurlu əməliyyat tədbiri keçirilib.

Hafta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Mingəçevir şəhər sakini Surac Abbasovdan müvafiq sənədləri olmayan 16 çaplı, yivsiz ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 132