Minsk qrupunun Cenevrə görüşü mətbuata qapalı keçiriləcək

14:49 30.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ATƏT Minsk qrupunun həmsədrləri (ABŞ, Rusiya və Fransa) İsveçrənin Cenevrə şəhərində Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüş ərəfəsində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparıb.

Hafta.az-ın məlumatına görə, nazirlərlə görüş mətbuat üçün qapalı rejimdə keçiriləcək.

Həmsədrlər arasında fikir mübadiləsi də qapalı keçirilib. Görüşlərin yekununda bəyanatın verilib-verilməyəcəyi barədə məlumat verilməyib.

Qeyd edək ki, Cenevrədə görüş oktyabrın 29-a təyin olunsa da, daha sonra bir gün təxirə salınıb.

Oxunma sayı 663
Siyasət rubrikasından digər xəbərlər