Monteneqro NATO-nun tərkibində qalacaq

18:45 12.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Monteneqroda bu yaxınlarda parlament seçkilərində qalib gəlmiş üç koalisiyanın liderləri yeni hökumətin strateji vektoru barədə saziş imzalayıblar. Sazişə bu Balkan dövlətinin “avropapərəst və qərbpərəst” seçiminin qorunub saxlanması daxildir.

Tərəflər, həmçinin ölkənin Kosovonun müstəqilliyinin daha əvvəl tanınmasından imtina etməməsinə, yaxud milli rəmzlərin dəyişdirilməyəcəyinə razılıq veriblər. Yeni hakim çoxluq bütün cari beynəlxalq öhdəliklərə, məsələn dövlətin NATO-ya üzvlüyünə də riayət edəcək.

Sazişə uyğun olaraq yeni hökumət korrupsiyaya qarşı güzəştsiz mübarizəni təmin etmək üçün əsas dövlət təsisatlarını siyasətə qatmayacaq.

Oxunma sayı 2596