Müdafiə Nazirliyi işğaldan azad edilən kəndlərin adını açıqladı

14:15 27.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan qoşunlarının keçirdiyi uğurlu əks hücum nəticəsində işğal altında olan bir sıra kəndlərimiz, vacib yüksəkliklər və əlverişli ərazilər düşməndən azad edilib.

Hafta.az-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat katibi deyib.

O qeyd edib ki, hazırkı məlumata görə, cəbhənin Füzuli, Cəbrayıl istiqamətində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdülrəhmanlı, Böyük Mərcanlı, Nüzgar kəndləri işğaldan azad edilib.

Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.

Oxunma sayı 871
Siyasət rubrikasından digər xəbərlər