Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi təsdiqlənib - Siyahı

19:20 08.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi haqqında” 2007-ci il 5 iyun tarixli 90 nömrəli qərarında dəyişiklik edilib.

APA-nın xəbərinə görə, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Müdafiə Sənayesi Nazirliyinin kollegiya üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri

Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası Müdafiə Sənayesi nazirinin müavinləri

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının İstehsalat şöbəsinin müdiri

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının Müdafiə təyinatlı məmulatların yaradılması və elmi araşdırmalar şöbəsinin müdiri

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının Hərbi-texniki əməkdaşlıq şöbəsinin müdiri

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının Maliyyə və uçot şöbəsinin müdiri

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Şərq İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru”.

Oxunma sayı 1372
Gündəm rubrikasından digər xəbərlər