Müharibəyə yazıçıları göndərmək lazımdır, çünki onlar adam öldürməyəcək - MÜSAHİBƏ

13:15 20.08.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Hafta.az tanınmış ukraynalı yazıçı Lesia Mudrak ilə müsahibəni təqdim edir. 

Zəhmət olmasa, özünüz haqqınızda və ədəbi fəaliyyətiniz barədə məlumat verin. Ukraynadakı ədəbi mühitin səviyyəsini necə qiymətləndirərdiniz?

- Mənə diqqət göstərdiyiniz çün son dərəcə minnətdaram. Adətən özüm haqqında danışmağı xoşlamıram.Yazıçı haqqında məlumatları ən yaxşı onun yaradıcıllığı verə bilər. Əgər icazə versəniz sualınızın ikinci hissəsi olan ədəbi mühitlə bağlı danışardım. Deyim ki, gözlərimi qamaşdıran, düşüncəmə yaxın olan müasir bir elmi araşdırmada deyilir ki, Ukraynadakı müasir yazarlar istedadlarına görə deyil, cəmiyyətdə özlərinə qarşı olan xüsusi bir münasibət nəticəsində tanınırlar. Hər zaman olduğu kimi, yenə də subyektiv fikrimdən çıxış edəcəm. Çünki insan amilini və əlavə faktorları da nəzərə almalıyıq. Müasir rus incəsənəti ilə bağlı çoxlu mübahisəli fikirlərin olması, ona marağın olduğunu göstərir. Bu da yaxşı haldır. Mətnin yaradılması prosesində emosiyalar, düşüncələr rol oynayır. Oxucunun subyektiv qavrayışı sayəsində əsərlərin dəyəri mənim üçün bir az da artır. Müəllifin öz yaradıcıllığı barədə inamı oxucunun qavrayışından asılıdır. Ölkəmdəki müasir sənət üslubları, məktəblərin, cərəyanların və ticari praqmatizmin sintezidir. Mən isə onu görə bilirəm.

- Bu yaxınlarda müasir Azərbaycan şairi Salam Sarvanın kitabı haqqında məqalə yazmısınız. Bilmək istərdik ki, Azərbaycan ədəbi mühitin nümayəndələrindən başqa kimləri tanıyırsınız?

- Üç dəfə Bakıda olmuşam. Mən bu şəhəri sevirəm. Bakı mənim üçün fantastik memarlıq, incə və zərif xətləri özündə əks etdirən nəcib bir şəhərdir, ənənə ilə müasirliyin uyğunlaşmayan formalarını birləşdirir, bu toxuculuq tarixidir, bu qonaqpərvərlik və səmimiyyətdir. Şərq həmişə xüsusi bir sirrin, dərinliyin və lüksün təcəssümü olmuşdur. Bakıya gəlişimdə azərbaycanlı həmkarlarımızla eləcə də Milli Məclisin, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Yazıçılar Birliyinin, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri ilə görüşlər keçirildi. Tədbirlərin təşəbbüskarı və sponsoru Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Yazıçılar Birliyi olub. Orada həmkarlar var, izləyirəm.

- Kitablara və qəzetlərə marağın azaldığı müasir dövrdə yaşayırıq. Təəssüf ki, bu da virus kimi yoluxma arealını genişləndirir. Bəs Ukraynada oxucuların diqqətini cəlb etmək necə, çətin deyilmi?

- Bu çox doğrudur. Ancaq vaxt dərin bir filtrdir. Sözü süzür. Buna görə də mən həmişə  trenddə deyiləm. Hər kəs öz çapında dahidir, ənənəvi olaraq sevgi haqqında yazılanlar oxunur.

- Sevgi haqqında roman və şeirlər insanların qəlbini qazanmağı bacarır, doğru deyirsiniz. Ancaq daha aktual bəşəri problemləri var: Məsələn, müharibə, pandemiya, aclıq ...

- Məncə, mədəniyyət üçün heç vaxt "asan" il olmayıb. Ədəbiyyatdan danışıram, ağrını hiss edə bilirəm. Sizə xatırlatmaq istəyirəm ki, Sovet dövründə, senzura, yaradıcılığın siyasiləşməsi var idi. Bu barədə yüksək səslə danışmaq vacibdir! Ukraynalılar nə qədər istedadlı yazıçılarının repressiyaya məruz qaldıqlarını və nəşr olunmaq hüququndan məhrum olduqlarını həmişə xatırlayacaqlar. İndi Ukrayna ədəbiyyatı təəssüf ki, dövlət tərəfindən az dəstəklənir və "taleyin mərhəmətinə" sığınmağa məhkumdur. Yazıçılar fərqli insan olurlar, təəssüf ki, çox vaxt yaradıcı olmayan şəkildə pul qazanmaqla sağ qalırlar. İnkar etmirəm ki, ədəbiyyat millətin emosional tonunu qorumağa, insanın özündə güc əldə etməsinə şərait yaradır. Ədəbiyyat hər zaman bütün dünya üçün lazımdır, dünya var olduqca da oxunacaq.

- Dünyanın bir çox ölkəsi müharibə şəraitindədir. İnsanlar arasında qorxu, nifrət var. Amma yazıçılar inanırlar ki, insanlar ədəbiyyat oxusalar, qəlblərindəki nifrət, kin yox olacaq. Sizcə ədəbiyyat cəmiyyəti xilas etməyə qadirdirmi?

- Yazıçılar həmişə romantik olub, ictimai və siyasi proseslər haqqında bir az sadəlövhlük nümayiş etdiriblər. Ədəbiyyat hər şeydən əvvəl dürüst yazılmalıdır. Bədii vasitə ilə cəmiyyətə həqiqəti çatdırmaq olar. Cəmiyyət içində həmişə siyasi şüarlardan daha çox, yaxşı əsərlərə inanan insanlar var. Daha geniş şəkildə desək ki, savadsızlıq və mədəni tənəzzül fonunda müharibələr və təcavüzlər baş verir. Buna görə kitab yazmaq və nəşr etmək, kitabxanaları inkişaf etdirmək lazımdır.

- Müharibə haqqında danışdıq, həmyerliniz  Svetlana Aleksiyeviçin bir əsəri var: "Müharibənin qadın olmayan üzü”. Yəqin bu romanı oxumusunuz. Müharibədə adətən kişilər döyüşür. Bəs qadınlar müharibəyə cəlb olunsa nə baş verər?

 - Bu roman artıq Nobel Komitəsi tərəfindən qiymətləndirilib, ona görə şərh verməyəcəyəm. Düşünürəm ki, müharibə elə şeydir ki, orada kişi də, qadın da ölər, öldürər. Ona görə müharibə anlayışını qəbul etmirəm. Və ən yaxının ölməsi, bir də onu əbədi gözləmə eşqi... Yazıçıları müharibəyə göndərmək lazımdır, çünki onlar adam öldürməyəcək.

-  Ədəbiyyata qayıdaq. Dünya ədəbiyyatı keçid mərhələsindədir. Klassik yanaşma, üslub artıq cəlbedici görünmür. Postmodernizm ədəbiyyata marağı tamamilə məhv edə bilərmi, yoxsa...?

- Azərbaycanda necə olduğunu bilmirəm, amma Ukraynada ədəbi proses artıq metamodernizm mərhələsindədir. Əlbəttə ki, postmodernizmin varisləri hələ də var, lakin bu, artıq faydasız görünür. Yazıçılar ədəbi və mədəniyyət sahəsinin yeni koordinatlarını axtarır. Tənqidçilərə görə, metamodernizm bir dairədə davamlı gəzmək, təkrar və özünü təkrarlamaq, yeni fikirlərin yaranması ilə nəticələnir ki, bu da sonsuz sitat gətirməyə və yazıçının ədəbi mətninin  qəhrəmanına çevrilməsinə səbəb olur. İndi istər ədəbiyyatda, istərsə də kinematoqrafiyada buna dair çox şey var. Ancaq hər halda, bu yalnız bir istiqamətdir və bütün müasir ədəbi prosesi tükəndirmir. Bundan əlavə, açıq bir qütbləşmə var: çox dar bir oxucu dairəsi üçün intellektual, elit romanlar var. Eyni zamanda  uydurma istəyi, müəyyən dərəcədə yazı kodunun sadələşdirilməsi baş verir. Buna görə ədəbiyyata maraq məhv olmaz. Həm dahilik, həm primitivlik olanda ədəbiyyat monoton görsənmir. Hər oxucunun bir cür yanaşma tərzi var. Eləsi var ki, ağır əsərləri oxuya bilmir. Belə olan halda primitiv romanlar işə yarayır.

- Ukraynada yazıçı kitabdan pul qazana bilirmi?

- İndi pandemiya səbəbiylə hər şey çox çətindir. Dəqiqlik üçün deyəcəyəm ki, bu yaxınlarda Ukraynanın ən böyük nəşriyyat evlərindən birinin direktoru sosial şəbəkələrdə yazmışdı ki, onun fikrincə kitab mağazalarının 20% -i, Ukraynadakı nəşriyyatların 10% -i ilin sonuna qədər bağlanacaq və nəşr olunan kitabların ümumi tirajı 60% azalacaq(dərsliklər istisna olmaqla).

- Kitabınızı Azərbaycanda yayımlamaq barədə düşünmüsünüz?

- Azərbaycanda kitabımın nəşr olunması çox yaxşı olardı.Əlbəttə ki, hər bir yazıçı tərcümə olunmağa və yayımlanmağa çalışır. İnanıram ki, gələcəkdə mənim də kitabım sizin ölkədə çap olunar. Qüdrətli Allaha təşəkkür edirəm. Yəqin ki, bu niyyətimiz gec-tez baş tutacaq.

Oxunma sayı 6269