Münaqişə tərəfləri Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını qəbul etmir - XİN

13:16 26.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan və Robert Koçaryanla bağlı hazırda istintaq davam etdirilir. Bunu Hərbi Prokurorluğun xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar olaraq Xarici İşlər Nazirliyi ilə Baş Prokurorluğun birgə mətbuat konfransında deyib.

E.Tağıyev vurğulayıb ki, Xocalıya hücum zamanı 613 nəfər qətlə yetirilib: "Xocalı soyqırımı zamanı şəhərin 5 379 nəfər əhalisi deportasiya olunub. Cinayət işi üzrə 5 istiqamət müəyyən edilib. Cinayət işinin istintaqı zamanı 39 nəfər Xocalı soyqıırmı, 3 nəfər terror cinayətləri, ümumilikdə isə 305 şəxsin əməlləri Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulan hallar üzrə sübuta yetirilib. Axtarışların təmin edilməsindən ötrü materiallar müvafiq təşkilatlara göndərilib. Onlardan 2 nəfər cinayət məsuliyyətinə cəlb edilib”.

“Ermənistanın insanlıq əleyhinə cinayətləri nəticəsində 10 minə yaxın soydaşımız öldürülüb, 20 mindən artıq şəxs yaralanıb, 5 mindən çox insan əsir və girov götürülüb”. Emil Tağıyev bildirib.
E. Tağıyev deyib ki, həmin şəxslərdən Arsen Baqdasaryan, Karen Dasaryan isə Qazaxda cinayət məsuliyyətinə cəlb edilib. Hazırda Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində müharibə cinayətlərinin araşdırılması, zərər dəymiş şəxslərin tam dairəsinin müəyyən edilməsi, həmin cinayətlərdə iştirak etmiş digər şəxslərin cinayət məsuliyyətinə cəlb olunması istiqamətində işlər davam etdirilir.
Azərbaycanın atəşkəs dövründə şəhid olan və yaralanan hərbçilərinin sayı açıqlanıb. Emil Tağıyev bildirib ki, atəşkəs dövründə 856 şəhid və yaralanan hərbçimiz var.

Xocalı soyqırımı ilə bağlı məsələyə Beynəlxalq Cinayət Məhkəməsində baxılmamasına aydınlıq gətirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Əliyeva isə qeyd edib ki, Xocalı faciəsi 1992-ci ildə baş verib, Beynəlxalq Cinayət Məhkəməsi isə 2002-ci ildə yaradılıb:

“Bu günə qədər nə Azərbaycan, nə Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını qəbul etmir. Ona görə də Xocalı ilə bağlı ancaq milli səviyyədə həmin şəxslər barəsində cinayət işi açılıb”.

Siyasət rubrikasından digər xəbərlər