Naftalanda reydlər davam edir

14:06 08.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ölkəmizin bəzi bölgələrində tətbiq olunmuş karantin rejiminin yumşaldılmasından  sonra kurort şəhəri Naftalanda koronavirus infeksiyasının yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə Naftalan  Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən kompleks tədbirlər davam etdirilir.

 

Hafta.az xəbər verir ki, infeksiyaya qarşı həyata keçirilən profilaktik dezinfeksiya tədbirləri ilə  yanaşı əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi və sosial məsuliyyət tədbirləri də davam etdirilir.

 

Naftalan şəhərində koronavirus pandemiyasına qarşı mübarizə aparmaq üçün aidiyyəti strukturların əməkdaşlarından ibarət hər birində 4 nəfər olmaqla 5 mobil qrup fəaliyyət göstərir. Mütəmadi olaraq şəhər ərazisində, ticarət, ictimai-iaşə və xidmət obyektlərində, banklarda sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə, eləcə də dəfn mərasimlərində məhdud sayda insanların iştirak etməsinə  nəzarətin gücləndirilməsi məqsədilə mobil qrupların üzvləri tərəfindən müvafiq ərazi bölgüsü əsasında reydlər keçirilir, əhalinin sıx toplaşdığı ərazilərdə sakinlərlə fərdi qaydada izahetmə işləri aparılır.  

 

Həmçinin reyd keçirilən bütün obyektlərdə işçi heyətinə canlı təmas zamanı tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (maska, əlcək, spirtvə sair) istifadənin, sosial məsafənin gözlənilməsinin zəruri olduğu bildirilir. Nazirlər Kabinetinin Operativ Qərargahının tələblərinə zidd fəaliyyət göstərən obyekt sahiblərinə sonuncu dəfə xəbərdarlıq edilərək qanuna müvafiq olaraq müvafiq strukturlar tərəfindən inzibati qaydada tədbirlər görülmüşdür.

 

Qeyd edək ki, mobil qruplar tərəfindən fəaliyyətinə icazə verilmiş obyektlərdə reydlər və əhali arasında maarifləndirmə işləri gündəlik olaraq davam etdirilir.

Oxunma sayı 1933
Sosial rubrikasından digər xəbərlər