Naxçıvan-Bakı-Naxçıvan təyyarə reyslərinin bərpası ilə bağlı Operativ Qərargaha müraciət edilib - FOTO

22:17 25.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edib.

Hafta.az nümayəndəliyin saytına istinadən xəbər verir ki, nümayəndəliyə olan çoxsaylı müraciətlərlə əlaqədar B.Əsgərov Naxçıvan-Bakı-Naxçıvan istiqamətində təyyarə reyslərinin bərpası ilə bağlı məktubla müraciət edib.

Qeyd edək ki,2020-ci il aprel ayının 5-də COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, Naxçıvan-Bakı-Naxçıvan istiqamətində təyyarə reysləri dayandırılıb.

Oxunma sayı 1057
Sosial rubrikasından digər xəbərlər