“Naxçıvan könüllülərinin I həmrəylik forumu” keçirilib

15:51 04.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə “Naxçıvan könüllülərinin I həmrəylik forumu” keçirilib.

Hafta.az xəbər verir ki, “Zoom” platforması üzərindən həyata keçirilən forumda çıxış edən Milli Məclisin deputatı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev bu tədbirin mühüm tarixi əhəmiyyətə malik olduğunu bildirib. Birliyin və fərqli düşüncələrin təntənəsi olan könüllülük hərəkatını muxtar respublikanın müasirləşməsi və inkişafı hədəflərinə yönəldə biləcəyimizi söyləyən Cəbi Quliyev forumun məqsədini nəzərə çatdırıb.

Vurğulanıb ki, Naxçıvanda da bir çox dövlət qurumunda könüllü qrupları yaradılıb. Belə ki, bu gün muxtar respublikada Gənclər Fondu, Sosial, Ekologiya, Səyyari dövlət qulluğu, Turizm, Ədliyyə, Məhkəmə, Gənclər və İdman Nazirliyi, Sədərək, Şahbuz könüllüləri qrupları uğurla fəaliyyət göstərir. Cəbi Quliyev Naxçıvanda könüllülük fəaliyyətinin inkişafı üçün yaradılan şəraitə görə Ali Məclisin sədrinə minnətdarlıq edib.

Qeyd edək ki, forumda könüllülük fəaliyyətinin müsbət tərəflərindən, Naxçıvan könüllülərinin il ərzindəki uğurlarından, görülən işlərdən və gələcək perspektivlərdən söhbət açılıb, könüllü gənclərin təklifləri dinlənilib. Sonda Gənclər Fondunun icraçı direktoru qarşıdan gələn 5 dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə könüllüləri təbrik edib və foruma yekun vurub.

Oxunma sayı 885
Sosial rubrikasından digər xəbərlər